CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti “açıq qapı” günü keçirəcək

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti “açıq qapı” günü keçirəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, ailədaxili münasibətlər, valideyn və uşaqlar arasında ünsiyyət, uşaqlarda davranış problemləri və digər məsələlərlə bağlı müraciətlərin qəbul olunması nəzərdə tutulan “açıq qapı” may 24-də saat 10:00-dan 17:00-dək AQUPDK-nın Uşaq və Ailələrə Dəstək mərkəzlərində, İcma Resurs mərkəzlərində və Qadın Resurs mərkəzlərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.