CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vətəndaşların onlayn qəbulunu keçirəcək
Bakı, 14 yanvar, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva yanvarın 22-də vətəndaşların onlayn qəbulunu keçirəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Onlayn qəbul Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Naftalan, Tərtər rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.
Əlavə suallar yarandıqda Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 245 30 13 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət etmək mümkündür.