Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sədr Hicran Hüseynova ötən yarım ildə ölkə həyatında baş vermiş bir neçə mühüm hadisələri nəzərdən keçirib. Bildirib ki, 2018-ci il ölkəmiz üçün çox əlamətdar hadisələrlə başlayıb.

Hicran Hüseynova deyib ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, etnik təmizləmələri, terror aktlarını, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz bu sabitliyə təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də dövlətimizin başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində nail olmuşuq.

Komitə sədri qeyd edib ki, aprelin 11-də növbədənkənar prezident seçkilərində partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyev növbəti dəfə xalqın etimadını qazandı. Prezident İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, qeyri-neft sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişafı ailələrin, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. H.Hüseynovanın sözlərinə görə, təkcə iki beynəlxalq layihənin adını çəkmək kifayətdir ki, dövlətimizin nə qədər güclü olduğunu görək. Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, eləcə də TANAP–ın istismara verilməsi təkcə Azərbaycan üçün deyil, qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Həmin layihələr bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Bütün bu və digər amillər güclü iqtisadiyyatın yaranmasına imkan verir. Bu isə Azərbaycanda istənilən sosial layihənin, infrastruktur layihələrinin həyata keçirilməsinə əsas verir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Bu ilin ilk altı ayında həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texno-parkların açılışı, təməlqoyma mərasimləri buna əyani sübutdur. Bu uğurların bünövrəsini Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoyub. Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olub.

H.Hüseynova, həmçinin bildirib ki, bir neçə gün öncə erməni terrorunun qurbanı olan 2 yaşlı Zəhranın və onun nənəsinin ildönümü idi. Əlbəttə, bu erməni vandalizmidir. Lakin biz ruhdan düşmürük, Ordumuzun bir-birinin ardınca həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar düşməni qorxuya salıb. Hərbi sənayenin inkişafı, Ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının və ona bitişik ərazilərin yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bunun bariz nümunəsi olaraq, dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncamını göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququnun verilməsinin də 100 illiyi qeyd edilir. Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir. 100 il əvvəl belə bir hüquq əldə etməklə biz bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırıq. H.Hüseynova Komitə tərəfindən də bu əlamətdar hadisə ilə bağlı Gəncədə konfrans keçirildiyini və silsilə tədbirlərə start verildiyini vurğulayaraq deyib ki, bu tədbirlərə Qadınların V Forumu ilə yekun vurduq. Forumun yeni formatda keçirilməsi, beynəlxalq statusa malik olması çox bəyənildi. Əlbəttə ki, dövlətimizin başçısının və eləcə də respublikanın Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və dəstəyi olmadan belə bir nüfuzlu tədbiri keçirmək qeyri-mümkün idi. Onların Foruma təbrik məktubları, həm də qadınların qarşısında bir çox hədəflər qoyub. İnanıram ki, biz bu hədəflərə nail olacağıq.

Ölkəmiz yaxın qonşuluq və ikitərəfli əməkdaşlıq prinsiplərinə hər zaman xüsusi diqqət yetirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu siyasətin tərkib hissəsi olaraq, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübənin artırılması, ölkəmizin əldə etdikləri uğurların təbliğ olunması istiqamətində işlər görür. H.Hüseynova qeyd edib ki, yarım il ərzində Komitənin rəhbər vəzifəli şəxsləri və eləcə də əməkdaşları mühüm xarici səfərlər edib. O, bu səfərlər haqqında məlumat verərək qeyd edib ki, artıq Azərbaycan təcrübəsi böyük maraqla qarşılanır və bir çox ölkələr mübadilə üçün bizə müraciət edirlər.

Komitə sədri qeyd edib ki, bütün bunlar dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin sadəcə bir hissəsidir. Biz bu yolda yorulmadan çalışacağıq ki, daha gözəl nəticələr əldə edək.

Sonra sədr müavinləri Sədaqət Qəhrəmanova Dövlət Komitəsinin 2018-ci ilin birinci yarısında iş planının icra vəziyyəti, Aynur Sofiyeva isə 2018-ci ilin ikinci yarısı üçün iş planı haqqında məlumat veriblər.

Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva isə “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanının icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Komitədə keçirilmiş xidməti yoxlamanın nəticələri barədə məruzə edib.

Komitənin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının Yeni Əsasnaməsinin layihəsinin hazırlanması barədə məlumat verib.

Kollegiya iclasında Komitənin nəzdindəki uşaq və ailələrə dəstək mərkəzlərinin işi geniş təhlil olunub, onların fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da iclasda iştirak edib.

Kollegiya iclasının iştirakçıları qaldırılan məsələləri ətraflı müzakirə etdikdən sonra Komitənin 2018-ci ilin birinci yarısındakı fəaliyyətini müsbət qiymətləndiriblər.

Sonda Hicran Hüseynova iclasa yekun vuraraq görüləcək işlərlə bağlı öz tövsiyə və göstərişlərini verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq