CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Naftalanda vətəndaşları qəbul edib
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva yanvarın 27-də Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalar ilə bağlı problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.