CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edəcək
Bakı, 11 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 21-də saat 11:00-da Goranboy rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Göygöl, Naftalan, Mingəçevir, Yevlax, Xocalı, Gəncə, Samux, Kəlbəcər, Goranboy rayonlarının sakinləri iştirak edəcəklər. Qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və s. məsələlərə baxılacaq qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi də planlaşdırılır. Görüşdə Goranboy rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılacaq.