CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşların qəbulunu keçirəcək

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC–a verilən məlumata görə, Komitə sədri Hicran Hüseynova iyulun 26-da İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirəcək. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı və Qəbələ rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.