REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib VİDEO
Lənkəran, 26 sentyabr (AZƏRTAC, Bağır Əliyev). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq sentyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lənkəran şəhərində vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Komitə sədrinə müraciət edən vətəndaşlar daha çox təmsil etdikləri rayonlarda qadın, ailə və uşaq problemləri ilə bağlı təkliflərini bildiriblər.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Lənkəran rayonunun fəal qadınlarının görüşü keçirilib.