REGİONLAR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

Masallı, 23 iyun, İ.Cəfərli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, iyunun 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Masallı və Yardımlı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Həmçinin şəhər ərazisindəki Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi də ziyarət edilib.

Qəbulda iştirak edən Masallı və Yardımlı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb. Vətəndaşların müraciətləri övladının sənədlərinin qaydasında olmaması, məşğulluq, əlilliyin təyin olunması, məişət zorakılığı və bir sıra digər məsələlərlə bağlı olub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.