CƏMİYYƏT


Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri İsveçrədə bir sıra görüşlər keçirib

Bern, 11 oktyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsveçrə Konfederasiyasında səfərdədir.

Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü komitə sədri Bern şəhərində İsveçrənin Federal Sosial Sığorta Ofisinin rəhbəri Bruno Parnisari və Federal Gender Bərabərliyi Ofisinin direktoru Silvie Durrer ilə görüşüb.

Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda ailə planlaşdırılması siyasəti, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verilib və bu məsələlərin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğu bildirilib. Bundan başqa, görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, o cümlədən qadınlara yaşatdığı iztirablar, yaratdığı problemlərdən bəhs olunub.

Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib.

Görüşlərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.