REGİONLAR
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib
Xırdalan, 15 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 15-də Abşeron rayonunda vətəndaşlarla görüşüb. Görüşdə Sumqayıt, Qubadlı, Zəngilan, Şuşa, Abşeron sakinləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Hicran Hüseynova və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.
Sonra Komitə sədri Xırdalandakı Heydər Əliyev Mərkəzinin konfrans zalında vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılıb.
Hicran Hüseynova qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı səslənən hər bir müraciəti diqqətlə dinləyib. Qəbul zamanı bir sıra şikayətlər yerindəcə təhlil olunub və həllini tapıb. Bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Vətəndaşların Komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata alınıb.