İQTİSADİYYAT


“Ailə TV” yeni aksiyaya başlayıb

“Ailə TV” yeni aksiyaya başlayıb

Bakı, 15 sentyabr (AZƏRTAC). “Ailə TV” sentyabrın 15-dən yeni aksiyaya başlayıb.

“Caspian Telecom”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 15-dək davam edəcək aksiyanın şərtlərinə əsasən rəqəmsal yayıma qoşulan hər bir abonent öncədən 60 manat ödəyərək qəbuledici və “Ailə TV” baza paketində növbəti dörd ayda 100 telekanal izləmək imkanı əldə edəcək. Abonent rəqəmsal qəbuledici əvəzinə CAM modul da ala bilər.

Aksiyaya qoşulanlar, 18+ paketi istisna olmaqla, bir ay müddətində bütün digər paketlərdə yayımlanan TV kanalları pulsuz izləyəcəklər.

Qeyd edək ki, “Ailə TV”nin yeni resiverləri HD yayımı dəstəkləyir. Bundan əlavə, HDMİ kabel komplektə daxil deyil və ayrı satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.