İQTİSADİYYAT
“Ailə TV”dən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək
Bakı, 9 oktyabr, AZƏRTAC
İKT sektorunda qabaqcıl televiziya və optik internet xidmətləri provayderi “Caspian Telecom” MMC (“Ailə TV”) Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Şanlı Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat məbləğində vəsait köçürüb.
“Ailə TV” qəhrəmancasına aparılan bu mübariz haqq savaşında hər bir ailəni həmrəy, Rəşadətli Ordumuzun yanında olmağa dəvət edir. “Ailə NET” fiber-optik internet xidmətinin istifadəçilərinin də hərbi vəziyyətlə əlaqədar xidmətin göstərilməsində yarana biləcək məhdudiyyətləri səbr və anlayışla qarşılayacağına inanırıq. Hər kəs üzərinə düşən bu məsuliyyəti dərk edib bir-birinə maddi və mənəvi dayaq olmalıdır.
Allah Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!