REGİONLAR


Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir

Lerik, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” layihəsi çərçivəsində “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, kənd bələdiyyəsinin sədri Telman Ağayev, dindarlar, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində gənclərin şəxsiyyət kimi formalaşmasında ailə dəyərlərinin mühüm rolu müzakirə edilib.

Çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışaraq qeyd ediblər ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq olduqca vacibdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.