CƏMİYYƏT
Ailə qurmaq istəyən 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib
Bakı, 3 avqust, AZƏRTAC
Ötən il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı ilin altı ayı ərzində 69 min 796 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu xəstəliklə bağlı maarifləndirmə işlərini gücləndirib. Orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-in profilaktikasına dair mütəmadi olaraq seminar və təlimlər keçirilir. Həmçinin ölkəmizdə İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq əlaqələri davam etdirilir.