CƏMİYYƏT
Ailə qurmaq üçün müayinədən keçən 7 min 503 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb
Bakı, 1 avqust, AZƏRTAC
Ötən ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək ailə qurmaq istəyən 152 min 659 nəfər müayinədən keçib. Müayinə olunanların 7 min 503-də talassemiya daşıyıcılığı aşkarlanıb. Bununla yanaşı, 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb və həmin şəxslərə müvafiq məsləhətlər verilib.