“AirBaltic” Tallindən 5 istiqamətdə uçuş həyata keçirməyi planlaşdırır
AzerTAg.az
Tallin, 16 fevral, AZƏRTAC
Latviyanın “AirBaltic” aviaşirkəti bu həftə Tallindən Amsterdam, London, Riqa, Oslo və Stokholm şəhərləri istiqamətində uçuşlar təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “airBaltic” aviaşirkətinin idarə heyətinin sədri Martin Hauss deyib.
O bildirib ki, martın 28-dən etibarən isə yay uçuş cədvəli qüvvəyə minəcək. “AirBaltic” mövsümi cədvələ uyğun olaraq, Tallindən Amsterdam, Berlin, Brüssel, Kopenhagen, London, Malaqa, Oslo, Paris, Stokholm, Vyana və Vilnüs istiqamətində birbaşa uçuşlar təklif edəcək.
Qeyd edib ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq cari ilin yanvar ayında Tallin Hava Limanı cəmi 27 min 503 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq ayına nisbətən 87 faiz azdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Xəbərin mətnində orfoqrafik səhv var