DÜNYA


“Air Serbia” aviareysləri bərpa edib

Belqrad, 22 may, AZƏRTAC

Serbiyanın milli hava yolu şirkəti “Air Serbia” uçuşlarını bərpa edib.

AZƏRTAC xəbər verir ki, aviareyslər məcburi maska taxılması və yeməksiz həyata keçiriləcək. Sərnişinlər özləri ilə istədikləri halda əlcək, üz üçün qoruma ekranı və sair vasitələri təyyarə bortuna götürə biləcəklər. Təyyarədəki xidmətlərdə, jurnal və broşürlər də daxil olmaqla, təmasın minimuma endirilməsinə nəzarət ediləcək. Yaşı 65-dən yuxarı sərnişinlərə isə üstünlük veriləcək.

“Air Serbia” mayın 21-dən iyunun 14-dək yalnız London, Frankfurt, Sürix və Vyanaya, mayın 29-dan etibarən planlı digər reysləri, iyunun 6-dan isə Nyu-Yorka uçuşları bərpa edir. İyunun 15-dən başlayaraq uçuşlar bütün Avropa üzrə həyata keçiriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.