DÜNYA


“Airbus” 15 min işçisini ixtisar edir

Bakı, 1 iyul, AZƏRTAC

Avropanın nəhəng təyyarə istehsalçısı “Airbus” şirkəti 15 min işçisini ixtisar etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, şirkət koronavirus pandemiyasının yaratdığı böhranı aradan qaldırmaq üçün tarixində ən geniş yenidənqurma planına başlayır. “Airbus” qlobal səviyyədə 11 faizlik ixtisarların bir hissəsi olaraq Almaniya və Fransa bazalarında 10 mindən çox işçisini işdən çıxaracaq.

Şirkətin baş icraçı direktoru Guillaume Faury təyyarələrə tələbatın kəskin azalması səbəbindən “Airbus”un istehsalının 2 illik müddətdə gözləniləndən 40 faiz aşağı olacağını bildirib.

“Airbus” 2021-ci ilin ortalarına qədər İngiltərədə 1700, İspaniyada 900 və digər ölkələrdə təxminən 1300 işçini ixtisar edəcək.

Qeyd edək ki, şirkətin dünya miqyasında 135 min işçisi var və onlardan 81 mini böhrandan ən çox əziyyət çəkən kommersiya aviasiyası sahəsində çalışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.