DÜNYA


Airbus 2040-cı ilədək Afrika hava yollarına 1100 yeni təyyarə verməyi planlaşdırır

Madrid, 13 may, AZƏRTAC

Airbus Qlobal Bazar Proqnozuna (GMF) görə, Afrika hava yollarının 2040-cı ilədək 1100 yeni sərnişin və yük təyyarəsinə ehtiyacı olacaq. Bu, təyyarələrin ümumi sayını 2019-cu ildəki 680 təyyarədən 1440 təyyarəyə çatdıracaq.

AZƏRTAC xəbər verir ki, bu, səmərəliliyin əhəmiyyətli dərəcədə yüksəldilməsi və bir sərnişinə düşən karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalması ilə A220, A320neo, A330neo və A350 kimi yeni nəsil təyyarələrə keçidi ifadə edir.

2040-cı ilədək Afrikada aviasiya fəaliyyətinin artımı qismən bu dövr ərzində illik 2,8 faizlik orta ÜDM artımı ilə şərtlənəcək. İnkişaf 20 il ərzində turizm və regionlararası ticarətə əsaslanmalı olacaq.

Avropanın ən böyük aerokosmik korporasiyası olan Airbus, Afrikada hava səyahətinin 2023-cü ilin sonu və 2025-ci ilin əvvəli arasında 2019-cu il səviyyəsinə çatacağını gözləyir. 2040-cı ilə qədər Afrikaya və buradan yük daşımaları 2,5 dəfə artacaq.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatına görə, Afrikada aviasiya sektoru birbaşa olaraq 6,2 milyon işi dəstəkləyir və qitənin regional ÜDM-inə 56 milyard dollar töhfə verir.

Son on ildə bütün qitədə bu sektorda Hava Nəqliyyatı üzrə Afrika Vahid Bazarının (SAATM) yaradılması və milli aviasiya parkının modernləşdirilməsi kimi əhəmiyyətli irəliləyişlər əldə edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.