DÜNYA


“Airbus” Çində A330 modeli üzrə təyyarələrin yığımına başlayıb

Pekin, 20 sentyabr, AZƏRTAC

“Airbus” şirkəti Avropadan kənarda ilk dəfə olaraq Çinin Tiencin şəhərində “A330” modeli üzrə təyyarələrin yığımına başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Airbus” şirkətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, bu addım “Airbus”un Çin ilə strateji tərəfdaşlığının genişləndirilməsinə xidmət edir.

Ümumilikdə 250-dən çox işçinin çalışdığı mərkəzdə ayda 2 ədəd A330 təyyarəsi yığılacaq. Burada əsasən pilot kabinəsinin quraşdırılması, təyyarələrin rənglənməsi, test yoxlanışı həyata keçiriləcək. Yığım prosesində iştirak edən 150-ə yaxın çinli əməkdaş Fransanın Tuluza şəhərində təlimlərdə iştirak edib.

Qeyd edək ki, indiyədək Tiencində yalnız A320 modeli üzrə təyyarə yığımı həyata keçirilirdi.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.