MƏDƏNİYYƏT


“Əjdahanı necə əhliləşdirməli” seriyasından kitabların müəllifi nüfuzlu “Waterstones” mükafatına layiq görülüb

Bakı, 11 iyul, AZƏRTAC

“Əjdahanı necə əhliləşdirməli” seriyasından kitabların müəllifi, yazıçı illüstrator Kressida Kouel Böyük Britaniyanın “Waterstones” kitab şəbəkəsinin mükafatının laureatı olub. Uşaq ədəbiyyatı müəlliflərinə təqdim olunan “Waterstones” bu sahədə dünyanın çox nüfuzlu mükafatlarından biri sayılır.

Mükafatlandırma mərasimində bütövlükdə kitabların dəyərindən danışan Kressida Kouel bildirib ki, Böyük Britaniyada hər məktəbin öz kitabxanası olmalıdır.

Britaniyanın “The Guardian” nəşri Kouellin bu sözlərini sitat gətirib: “Əvvələn, kitab və qiraət möcüzədir. İkincisi, bu möcüzə hər kəsin bilavasitə yaxınlığında olmalıdır”.

“Əjdahanı necə əhliləşdirməli” seriyasından kitablar 11 milyon nüsxədən çox tirajla dünyanın bir çox ölkələrində nəşr olunub. Bundan əlavə, bu kitablar əsasında bir neçə çox populyar tammetrajlı animasiya filmi çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.