CƏMİYYƏT


“Əjdərbəy” məscidinin tatar dini icması Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi üçün dua edir

Bakı, 15 oktyabr, AZƏRTAC

“Əjdərbəy” məscidinin tatar dini icmasının nümayəndələri hər gün Vətənimizin ərazi bütövlüyünün bərpası üçün dua edirlər. Dini icmadan AZƏRTAC-a daxil olan məlumatda deyilir: “Uca Allahdan ordumuzun bu ədalətli müharibədə tezliklə qələbə çalmasını və əsgərlərin sağ-salamat evlərinə dönmələrini diləyirik”.

Orduya dəstək olmaq məqsədilə Azərbaycanın tatar diasporasının dini rəhbərləri, bir qrup tatar - "Əjdərbəy" məscidinin dindarları ilə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna töhfə verməyi qərara alıblar. Təqaüd yaşında olan bir çox insanın daxil olduğu dini icma üzvləri 820 manat pul toplayıblar.

“Biz Azərbaycan müsəlmanları - tatarların nümayəndələri, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizə aparan igid ordumuzu tam dəstəkləyirik. Səmimi qəlbdən inanırıq ki, tezliklə mübarək Azərbaycan torpağında sülh bərpa olunacaq. Allah bizə kömək olsun! Amin.

Bizim işimiz haqq işidir! Qələbə bizim olacaq! Qarabağ – Azərbaycandır!”, - dini icmanın məlumatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.