ELM VƏ TƏHSİL


Akademik Abel Məhərrəmov beynəlxalq forumda çıxış üçün Moskvaya dəvət edilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev Bakı Dövlət Universitetinin (BDU) rektoru, Azərbaycan və Rusiya Elmlər akademiyalarının həqiqi üzvü Abel Məhərrəmova UNESCO-nun qeyri-dövlət tərəfdaşlarının Moskvada keçiriləcək X Beynəlxalq elmi forumunda iştirak və çıxış etmək üçün dəvət məktubu göndərib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, akademik Aleksandr Sergeyev “Elm və bəşəriyyətin davamlı inkişafı” mövzusunda keçiriləcək forumda görkəmli azərbaycanlı alimin iştirakının tədbirin yüksək səviyyəsinə və əhəmiyyətinə faydalı olacağına, bəşəriyyətin davamlı inkişafı naminə həlledici qərarların qəbul olunmasına kömək edəcəyinə əminliyini bildirib.

Rusiya Elmlər Akademiyasının və “Rusiya Sülh Fondu”nun UNESCO-nun dəstəyi ilə təşkil etdiyi forum noyabrın 26-dan 27-dək keçiriləcək. Foruma UNESCO-ya üzv dövlətlərin 100-dək nümayəndəsinin və Rusiyanın 15 bölgəsindən 350-dən artıq iştirakçının qatılacağı gözlənilir.

Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyası və qurumun müvafiq institutları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq, birgə tədqiqat işləri, elmi işçilərin mübadiləsi, konfrans, simpozium keçirilməsi istiqamətində danışıqlar aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.