ELM VƏ TƏHSİL


Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri professor Teymur Ağayev, dosent Şəhla Tahirqızı, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev, Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.

“Elm” nəşriyyatında çap edilən biblioqrafik göstəricidə akademik Adil Qəribovun həyatı və elmi fəaliyyət istiqamətləri haqqında məlumatlar əks olunub. Biblioqrafik məlumat kitabı nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, atom-hidrogen energetikası və digər sahələrdə elmi-tədqiqat aparan alim və mütəxəssislər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, eləcə də bu sahə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.