ELM VƏ TƏHSİL


Akademik Akif Əlizadə Sankt-Peterburqda sərginin açılışında iştirak edib

Bakı, 4 dekabr, AZƏRTAC 

Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forum çərçivəsində Dövlət Ermitajında “Fırça və qələm. Şərq Əlyazmaları İnstitutunun 200 illik kolleksiyası” sərgisinin açılışı olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə sərginin açılışında iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə REA-nın Şərq Əlyazmaları İnstitutunun kolleksiyasına aid iki yüzdən çox albom, əlyazma və ağac kəsilişi nümayiş etdirilib.

Sərginin əsas eksponatı müxtəlif dövrlərdə fars və hind sənətçilərinin xəttatlıq və miniatür əl işlərinin toplandığı “Murakka” albomudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.