ELM VƏ TƏHSİL


Akademik: Antiplagiatla bağlı araşdırmaların aparılması zəruridir

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda antiplagiatla bağlı araşdırmaların aparılması zəruridir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dissertasiya şurasının növbəti iclasında söyləyib.

Doktorluq dissertasiyalarının orijinallığının yoxlanılması məqsədilə antiplagiat sistemlərinin tətbiqi məsələlərindən danışan alim institutda plagiatlıqla mübarizə xidmətinin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Akademik deyib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun yaradılması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunmasında böyük rola malik olan bu sistemlərin elmi-tədqiqat və təhsil müəssisələrində tətbiqi plagiatlıqla mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sistemlərin tətbiqi müəllif hüquqları pozuntularına və intellektual mülkiyyətdən icazəsiz istifadə hallarına qarşı effektiv mübarizə üsuludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.