ELM VƏ TƏHSİL


Akademik Arif Həşimov Elektron Elm Mərkəzinin inşası ilə əlaqədar səyyar müşavirə keçirib

Bakı, 16 may, AZƏRTAC

AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus Big Data resurslarının toplanması, saxlanması və analitik emalı, elektron elmin maddi-texniki bazasının gücləndirilməsi, ölkəmizdə IV Sənaye İnqilabının imkan və çağırışlarının reallaşdırılması, o cümlədən süni intellekt texnologiyalarının tətbiqi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunun ərazisində müasir standartlara uyğun Elektron Elm Mərkəzinin yaradılmasına zərurət yaranıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov müvafiq alim və mütəxəssislərin iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda Elektron Elm Mərkəzinin binasının inşası məsələlərinə dair səyyar müşavirə keçirib.

Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev qeyd edib ki, “AzScienceNet” şəbəkəsinin sürətli internet trafiki ilə beynəlxalq şəbəkəyə qoşulması nəticəsində elmi müəssisə və təşkilatların şəbəkə infrastrukturunun modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və tədqiqat prosesində İKT-nin geniş tətbiqi müasir dövrün vacib tələblərindən birinə çevrilib.

Səyyar müşavirədə “AzScienceNet” elm kompüter şəbəkəsinin, e-elmin maddi-texniki bazasının və onların fəaliyyət göstərəcəyi işçi yerlərin, həmçinin e-elmin zəruri funksiyalarını həyata keçirəcək struktur bölmələrinin yaradılması üçün əlavə istehsal sahələrinin inşası zərurətinin meydana çıxdığı, bu məqsədlə xüsusi tələblərə cavab verən Elektron Elm Mərkəzinin təşkilinə ciddi ehtiyac yarandığı vurğulanıb.

Qeyd olunub ki, bu mərkəz “AzScienceNet”in şəbəkə infrastrukturunun imkan və resurslarından daha səmərəli idarə edilməsi, habelə ölkəmizdə IV Sənaye İnqilabının imkan və çağırışlarının reallaşdırılması, süni intellekt texnologiyalarının elmi araşdırmalarda tətbiqi üçün mühüm rol oynayacaq.

Akademik A.Həşimov Elektron Elm Mərkəzinin inşası üçün layihələndirmə işlərinin aparıldığını, müvafiq qurumlardan razılıqların əldə olunduğunu, bu istiqamətdə tələb olunan tədbirlərin həyata keçirildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.