ELM VƏ TƏHSİL


Akademik Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb

Bakı, 2 iyun, AZƏRTAC 

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, abidə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 may tarixli Sərəncamına əsasən qoyulub. Mərhum bəstəkarın ildönümü ərəfəsində ucaldılan qəbirüstü abidənin müəllifi Xalq rəssamı, akademik Ömər Eldarovdur.

Xatırladaq ki, Arif Məlikov 2019-cu il mayın 9-da vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.