Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik: Azərbaycan nefti İkinci Dünya müharibəsində qazanılan qalibiyyətin əsas səbəblərindən biri olub

Akademik: Azərbaycan nefti İkinci Dünya müharibəsində qazanılan qalibiyyətin əsas səbəblərindən biri olub

Bakı, 9 may, AZƏRTAC

İkinci Dünya müharibəsində SSRİ qələbə çalaraq bəşəriyyəti faşizm fəlakətindən qurtardı. Bu Qələbədə Azərbaycan elminin görkəmli nümayəndələrinin rolu əvəzsizdir. Onların sırasında Yusif Məmmədəliyev, Rüstəm İsmayılov, Əli Quliyev, Murtuza Nağıyev, İzzət Orucova, Ələşrəf Əlizadə, Viktor Qutırya xüsusi yer tutublar.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov söyləyib. Akademik bildirib ki, yüksək oktanlı aviasiya benzininin yaradılması üçün müstəsna əhəmiyyəti olan komponentin alınma texnologiyasının işlənməsi vacib idi. Hələ müharibədən əvvəl Yusif Məmmədəliyevin rəhbərliyi altında strateji əhəmiyyətə malik alkilbenzolların alınması üzrə silsilə tədqiqatlar aparılırdı. 1941-ci ilin iyununda alimin rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu öz tərkibində 18-dən çox yaxşı təchiz olunmuş laboratoriyanı, iki təcrübə zavodunu, yardımçı emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Müharibənin ilk günlərindən fəaliyyətini cəbhənin tələbatına uyğunlaşdıran Yusif Məmmədəliyev artıq 1942-ci ildə benzolun alkilləşdirmə üsulunu tədqiq etməklə toluolun yeni səmərəli sintez prosesini işləyib-hazırladı. Toluolun istehsalı təşkil olunandan sonra Yusif Məmmədəliyevin müəyyən etdiyi üsulla top mərmilərinin və minaların istehsalında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsi alınmağa başlayır və cəbhəyə göndərilir. Yusif Məmmədəliyev daha bir yandırıcı qarışığın – “Molotov kokteyli”nin yeni tərkibdə və yeni konstruksiyada hazırlanmasına nail olur. Yusif Məmmədəliyevin işləyib-hazırladığı texnologiya əsasında gizli ad altında fəaliyyət göstərən zavodda 1941-1944-cü illərdə 10 milyon 42 min ton yüksək oktanlı benzin istehsal olunaraq cəbhəyə göndərilib. O, digər rəşadətlərlə yanaşı, cəbhəni yüksək oktanlı aviasiya benzini ilə təchiz etdiyinə görə 1944-cü ilin yanvarında Lenin ordeni ilə təltif olunub. Müharibədə göstərdiyi fədakar əməyə görə və aldığı nəticələrin dərin elmi və praktik əhəmiyyətinə görə akademik Yusif Məmmədəliyev SSRİ Dövlət Mükafatına layiq görülüb. Ona Kremldə Qələbə paradına əsas tribunaya dəvətnamə-vəsiqə verilib.

Vaqif Abbasov bildirib ki, Azərbaycan nefti müharibədə qalibiyyətin ən vacib səbəblərindən biri olub. İkinci Dünya müharibəsi dövründə Azərbaycanda 75 milyon ton neft çıxarılıb. SSRİ-də istehsal olunan benzinin 80, liqroinin 90, yağın 96 faizi Azərbaycanın payına düşüb.

İkinci Dünya müharibəsində SSRİ üzrə 17 milyon ton neft məhsulunun 13 milyon tonu Azərbaycanda istehsal olunub. Aviasiya benzininin 85 faizə qədəri Azərbaycanın payına düşüb. Cəbhəyə 1 milyon ton yüksək oktanlı B-78 benzini verilib. Qeyd edək ki, əfsanəvi “Katyuşa”nın mərmiləri Bakıda istehsal olunaraq cəbhəyə göndərilib. Azərbaycan xalqının qəhrəman övladları da cəbhədə igidlik göstərərək qələbənin əldə olunmasında xüsusi rol oynayıblar.

Müharibədə 223-cü Azərbaycan atıcı diviziyasının rəşadətini xüsusi qeyd etmək lazımdır. Diviziyanın döyüşçüləri müharibə illərində Vermaxtın 25 min əsgər və zabitini məhv edib, ya da əsir götürüblər. Düşmənin 28 təyyarəsi, 113 tankı, 549 topu, 317 minaatanı, 1152 pulemyotu, 25 min avtomat və tüfəngi, iki zirehli qatarı, 2 min avtomaşını, 219 parovozu, yüklə dolu 7 min 400 vaqonu, 70 avtomobili və 2 milyon pud taxılı qənimət olaraq ələ keçirilib. Bu diviziyanın əsgər və zabitləri cəbhədə otuz ay vuruşub, 3 min 600 kilometr döyüş yolu qət edib, Ruban, Şimali Donets, Dnepr, Yujnıy Buq, Dnestr, Mozav və Dunay çaylarından keçiblər. Mozdok, Georgiyevsk, Dneprodzerjinsk, Kirovoqrad, Benderı, Kişinyov, Belqrad, Budapeşt, Vyana şəhərlərinin azad olunmasında bu diviziyanın xidmətləri əvəzsiz olub. Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyası da xalqımızın İkinci Dünya müharibəsində böyük rolunun olmasına sübutdur. Diviziyada 11 min 898 nəfər vuruşub ki, onlardan 1050-si azərbaycanlı olub. 1942-ci ildə yaradılmış 416-cı atıcı diviziyası Qafqazdan Berlinə qədər yol keçib. Bu diviziya 1945-ci ilin aprelin 21-də səhər Berlin ətrafına girən ilk sovet qoşun hissələrindən biri olub. Diviziya Vermaxtın 24 min əsgər və zabitini məhv edib, 5 min 474 nəfərini isə əsir götürüb.

“1941-1945-ci illərdə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri də akademik Ziya Bünyadovdur. O, 1945-ci ilin fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Generallarımız Həzi Aslanov və Mahmud Əbilov SSRİ-nin faşizm üzərində Qələbəsində mühüm rol oynamış qəhrəman Azərbaycan oğullarıdır. Bütün qeyd olunanlar və çoxsaylı tarixi sənədlər sübut edir ki, dünyanın faşizmdən xilasında Azərbaycan alimlərinin, neftinin, zabit və əsgərlərinin, bütövlükdə Azərbaycan xalqının xidmətləri əvəzsiz olub”,- deyə Vaqif Abbasov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI