ELM VƏ TƏHSİL


Akademik Dilqəm Tağıyev: Ali təhsillə elmin inteqrasiyası ölkəmizdə bu sahələrin inkişafına böyük təsir göstərəcək

Bakı, 30 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Azərbaycan elminin, o cümlədən AMEA-nın qarşısında yeni vəzifələr qoyur.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu akademik Dilqəm Tağıyev Prezidentin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərmanı haqqında fikirlərini bölüşərkən söyləyib.

“Bu Fərmanla əlaqədar olaraq akademiya bütün gücünü sərf edəcək. AMEA-nın bütün institutları və alimləri də həmin Fərmanın yerinə yetirilməsində elmin daha böyük addımlarla irəli getməsini təmin edəcək. Akademiyanın uğurları az deyil, bunu etiraf etmək lazımdır. Amma bir yerdə dayanmağın özü geriyə getməyə bərabərdir. Hesab edirik ki, olana qane olmaq yox, daha da irəliyə getmək, inkişaf etmək lazımdır. Bu baxımdan ali təhsillə elmin inteqrasiyası, bunun real zəmin əsasında olması, ümumiyyətlə, Azərbaycanda elmin və ali təhsilin inkişafına böyük təsir göstərəcək. Çünki elmin və ali təhsilin cəmiyyətin inkişafında qoşa qanad olması, artıq heç kəsdə şübhə yaratmır. Yəni, elm ali təhsilsiz, ali təhsil elmsiz ola bilməz”, - deyə AMEA-nın vitse-prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.