ELM VƏ TƏHSİL


Akademik Dilqəm Tağıyev: İnnovativ elmi tədqiqat işlərinin aparılmasına üstünlük verilməlidir

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin elmə xüsusi önəm verdiyini vurğulayıb. Yeni əsasnaməyə görə, fəlsəfə və elmlər doktoru elmi dərəcələri almaq üçün təqdim edilmiş dissertasiyalara qoyulan tələblərdən danışan akademik qeyd edib ki, Elmi Şura və onların nəzdindəki seminarlar daha fəal işləməli, təqdim olunan işləri ciddi ekspertiza etməlidirlər. Habelə həm elmi rəhbərlər, həm də dissertant və doktorantlar dissertasiya mövzularını seçərkən diqqətli olmalı, seçilən mövzular aktual olmaqla bərabər, böyük əhəmiyyət kəsb edən problemin yeni həllinə yönəlməlidir.

Eyni zamanda, bu il institutun magistraturasına 10 nəfərin qəbul olunduğu diqqətə çatdırılıb. Magistrlərin fərdi iş planları və elmi rəhbərləri təsdiq edilib.

Akademik Dilqəm Tağıyev deyib ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı, innovativ elmi-tədqiqat işlərinin aparılmasına üstünlük verilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.