SİYASƏT


Akademik Gövhər Baxşəliyeva: İnanırıq ki, işğal edilmiş torpaqlarımızın hamısı düşməndən azad ediləcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Otuz illik həsrət, nisgil, mənəvi-psixoloji sarsıntı və əzab-əziyyətimizə son qoyulur. Nəhayət ki, uzun illərin gözləntisindən sonra 27 sentyabr səhərini xoş müjdəli xəbərlə açdıq. Şanlı Ordumuz mənfur düşmənin cəbhəboyu çoxsaylı təxribatlarına cavab olaraq, əks-həmləyə keçib. Nər igidlərimiz düşmən postlarını yararaq, ona sarsıdıcı zərbələr endirərək inamla irəliləyir. Artıq bir neçə istiqamətdə bir sıra kəndlərimiz düşməndən azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətlə deyib: “Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib.

“İnanırıq ki, Ordumuzun son hədəfi qədim mədəniyyət beşiyimiz Şuşadır. Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımız azad edilməlidir. Bu şərəfli yolda hamılıqla Ordumuzun, Ali Baş Komandanımızın yanındayıq, hamımız əmrə müntəzirik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Tanrı möhtəşəm qələbə sevincini bizlərə yaşadan Azərbaycan Prezidentini, bu qələbəni əldə edən şanlı, qüdrətli Ordumuzu qorusun!", - deyə akademik Gövhər Baxşəliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.