REGİONLAR


Akademik Həsən Əliyevə həsr edilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gəncə 21 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində “Akademik Həsən Əliyev Azərbaycan təbiətinin vurğunudur" adlı inşa-yazı müsabiqəsi keçirilib.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə aqronomluq fakültəsindən 100 tələbə iştirak edib.

Əvvəlcə universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, fakültə dekanı Məhərrəm İsmayılov akademikin həyatı, fəaliyyəti və elmi araşdırmaları haqqında müsabiqə iştirakçılarını məlumatlandırıb.

Qeyd edilib ki, bu il Azərbaycanın görkəmli təbiətşünas alimi, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 ili tamam olur. Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Aqrar Universitetdə silsilə tədbirlər həyata keçirilib.

Daha sonra müsabiqənin şərtləri izah edilib. Tələbələr inşa-yazıya başlayıb və verilən vaxt ərzində fikirlərini yekunlaşdırıblar. Münsiflər heyətinin qərarı ilə 1, 2 və 3-cü yerlərə layiq görülənlərin adları açıqlanıb və onlar mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.