Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Hətəm Quliyev: Azərbaycanlı alimlər geofizikanı yenidən yazırlar

Akademik Hətəm Quliyev: Azərbaycanlı alimlər geofizikanı yenidən yazırlar

Bakı, 12 mart, AZƏRTAC

Son illər akademik, professor Hətəm Quliyev digər alimlərimizlə birgə Azərbaycanın geologiya və geofizika elmi sahəsində “Yer səthinin qabarması və Yerin formalarının dəyişimi” kimi elmi yanaşma və tədqiqat modellərini ortaya çıxarmaqla elmimizin inkişafında böyük uğurlara imza atıb. Belə uğurlardan biri də Hətəm Quliyevin AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin birgə müəllifliyi ilə bu yaxınlarda ərsəyə gətirdiyi, elm sahəsində yeni bir irəliləyiş kimi dəyərləndirilən “Bir daha Yerin ilkin etalon modeli (YİEM) haqqında” böyük həcmli elmi məqaləsinin Amerika Geofiziklər İttifaqının nüfuzlu jurnallarından olan “Earth and Space Science” jurnalında dərc olunmasıdır.

AZƏRTAC bu elmi uğurla əlaqədar fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin müdiri, Əməkdar elm xadimi Hətəm Quliyevdən müsahibə alıb. Müsahibəni təqdim edirik.

-Son günlər yeni elmi nailiyyətiniz ictimaiyyət arasında böyük maraqla qarşılanıb. Bu uğur münasibətilə sizi təbrik edirik. Yeni elmi işiniz barədə ətraflı məlumat verməyiniz oxucularımız üçün maraqlı olardı.

- Təşəkkür edirəm. Mən, ilk növbədə, alınmış elmi nəticənin miqyası haqqında danışmaq istərdim. Elə elmi nəticələr var ki, bir və ya bir qrup alimin, bir institutun, bəzən də hətta böyük bir ölkənin tarixində əldə olunmuş böyük nailiyyətlər siyahısında yer ala bilər. Bizim nəticə, əlbəttə ölkəmizin tarixində əldə olunmuş çox böyük elmi uğurdur. Təsəvvür edin, minlərlə alimin yüz illərlə üzərində işləyib yaratdığı model haqqında tam yeni mövqe ortaya qoyulur. Bu, bütün geologiya, geofizika və Yer elmləri sahəsində alınmış və elmdə təsbit olunmuş çoxlu fundamental məsələlərə yenidən baxmaq deməkdir. Onu da qeyd edim ki, məqalənin qəbulu prosesində rəyçilərdən biri bizə belə bir irad tutmuşdu: necə yəni, siz bütün geofizikanı təftiş etmək fikrindəsiniz? Cavab verdik ki, bizim belə bir fikrimiz yoxdur, amma siz məcbur olub bütün geofizikanı yenidən yazacaqsınız. O isə cavabında bizə “sizin yumor hissiniz çox yüksəkdir” deyə bildirdi.

İndi heç bir yumora yer qalmır və dünyanın geofiziklər cəmiyyəti doğrudan da böyük həcmli məsələlərə yenidən baxmalı olacaq. Bu işlərin miqyası elə bir həddədir ki, dünyanın bu sahədə işləyən alimləri çox möhtəşəm və müasir informasiya texnologiyaları ilə silahlansalar belə, yaranmış vəziyyəti yəqin ki, bir neçə yüz ilə sahmana sala biləcəklər.

- Bu gün elm sahəsində qazandığınız uğurlu nəticələr sizi qane edirmi?

- Əlbəttə. Mən istərdim ki, bu sevinci bütün dostlarla, həmvətənlərlə bölüşəm. Dövlətimizin başçısının, birinci xanımın, onların övladlarının müxtəlif yarışlarda idmançılarımızın, müsabiqə və festivallarda incəsənət xadimlərimizin uğurlarına necə sevindiklərinin şahidi olmuşuq. İstərdim ki, biz də elmi uğurumuzla, zəkanın təntənəsi ilə onları sevindirək. Ölkəmizin dayanıqlı inkişafına nail olduqları üçün onlara təşəkkürümüzü bildirək. Bu nəticə əbədidir, yəni, buna yeni namizədlərin şərik çıxması mümkün deyil. Elmin gələcək bir neçə yüz ilində görüləcək işlərin fundamenti qoyulub və buna həmişə istinad olunacaq. Bu nailiyyətin miqyası vaxt ölçüsündən də çox böyükdür. İnanırıq ki, bizim ortaya qoyduğumuz bu metod uzun illər bütün dünya alimləri tərəfindən istifadə olunacaq və elmdə böyük fundamental dəyişikliklərə səbəb olacaq.

-Hətəm müəllim, necə oldu ki, bu elmi məsələlər sizin marağınıza səbəb oldu və nəticədə elmi fəaliyyətinizi bu istiqamətə yönləndirdiniz?

-Xatırlayıram, 2017-ci ilin əvvəli idi, əlimdə maraqlı jurnal vardı: Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin “Geologiya və Geofizika” jurnalı. Vərəqləyərkən orada Rusiya alimlərinin Yerin nəzəri modeli haqqında icmal məqaləsini gördüm və oxumağa başladım. Mən elə o an məqalə haqqında mənfi fikir söylədim. Məqalənin əvvəlində Yerin nəzəri modelinin şəkli verilirdi. O şəkildən görünürdü ki, möhtəşəm termobarik şəraitdə Yerin bərk daxili nüvəsi mövcuddur. Mən bir mexanik kimi heç bir tədqiqat aparmadan belə bir şeyin mövcud ola bilməyəcəyi qənaətinə gələrək, onu əhəmiyyətsiz saydım. Üzərindən 5-10 gün keçəndən sonra mən həmin məqaləni yenidən diqqətlə oxudum. Sonra Yerin etalon modelinin verilənləri əsasında bərk cisim mexanikası çərçivəsində araşdırmalar aparmağa başladım. Çox gözlənilməz nəticələr alındı. Göstərdim ki, belə bir cisim nə möhkəmlik, nə də dayanıqlıq nəzəriyyəsi baxımından mövcud ola bilməz. Burada həqiqi qiymətli sürəti olan dalğalar yayıla bilməz. Bu, çox böyük müzakirələrə səbəb oldu. Çünki Yerin daxili bərk nüvəsinin mövcudluğu 1934-cü ildə Lenon adlı Qərbi avropalı alim tərəfindən hipoteza şəklində irəli sürülüb və XX əsrin ən böyük geofiziki nailiyyətlərindən sayılır. Belə nüvənin mövcudluğu Yerin maqnit sahəsinin mövcudluğunun əsaslandırılması sahəsində on illərlə davam edən müzakirələrə son qoydu. Bu nəticələri bir sıra beynəlxalq jurnallarda çap etdirdik. Bu, həqiqətən də ciddi mübahisələr doğurdu. Əsas sual ondan ibarət idi ki, indi bərk nüvə var, ya yoxdur? Bu məsələlər Cənubi Koreyanın paytaxtı Seulda XIX Beynəlxalq “Struktur mühəndislikdə və mexanikada müasir nailiyyətlər 2017” (ASEM 2017) Konqresi çərçivəsində əsas təşkilatçısı olduğum “Müasir fənlərarası geomexaniki problemlər” simpoziumunda geniş müzakirə edildi. Hamı böyük təəccüb içində idi.

-Elmi nəticələrinizin maraqlı müzakirə obyektinə çevrildiyini vurğuladınız. Simpozium bitdikdən sonra fəaliyyətiniz çərçivəsində daha hansı zəruri öhdəliklər meydana gəldi?

-Bu məsələ bizi də düşündürürdü. Belə ki, bu günədək yüzlərlə, hətta minlərlə laborator eksperimental tədqiqatlar aparılıb, indi də aparılmaqdadır. Lakin böyük maliyyə tutumlu və böyük texniki imkanlar tələb edən tədqiqatlar əsasən aparıcı qabaqcıl ölkələrdə (ABŞ, Yaponiya, Rusiya, Fransa, Cənubi Koreya və s.) sinxrotonların və sürətləndiricilərin (uskoritellərin) köməyi ilə aparılır. Başqa ölkələrdə belə imkanlar yoxdur. Eksperimentlərin əsas nəticəsi onu göstərir ki, Yerin nəhəng ərinti okeanı səthində maye nüvəsinin daxilində müəyyən hallarda dəmirin müxtəlif xəlitələrinin kristalları əmələ gələ bilir. Burada təcrübədə öyrənilən nümunələr nano ölçülərdədir və müşahidə olunan hadisələr saniyənin milyonda və hətta milyarddabir anında baş verir. Yəni, bu hadisələr çox qısa müddətdə və çox kiçik ölçülərdə izlənilir. Buna görə də sual yaranır, bu kristallar bərk cismə çevrilərək uzun müddət mövcud ola bilərmi? Bu sual hələ də açıq olaraq qalır. Düşünürəm ki, bu istiqamətdə böyük elmi axtarışlar aparılmalıdır.

-Çalışdığınız institut və həmkarlarınız bu elmi araşdırmalardakı məsələlərə necə baxırlar?

-Mən bu haqda dəfələrlə institutun rəhbəri, akademik Akif Əlizadəyə məlumat vermişəm və müzakirələr aparmışıq. Akif müəllim məni hər dəfə görəndə soruşurdu, nüvə necə oldu? Buna görə də bu məsələ ilə mütəmadi olaraq və dərindən məşğul olurdum. Əvvəlcə, Yerin nəzəri modelinin yaradılması yolundakı əsaslı tədqiqatlarla tanış oldum. Bu məsələlər mahiyyəti etibarı ilə deformasiyaya uğrayan bərk cisim mexanikası və belə mühitdə elastiki dalğaların yayılma nəzəriyyəsi ilə bilavasitə bağlıdır. Mən isə həm ixtisasca mexanikəm, həm də əlli ilə yaxındır ki, Yer elmləri, geologiya və geofizika sahəsində tədqiqatlar aparıram. Bir sıra böyük neft şirkətlərinin sifarişı ilə seysmokəşfiyyat, quyu-geofiziki və geodinamiki tədqiqatlar layihələrinə rəhbərlik etmişəm. Yəni, kifayət qədər təcrübəyə malikəm. Keçən əsrin axırlarından professor Rəşid Cavanşirlə birgə geologiya və geofizika sahəsində geniş tədqiqatlar aparmışıq. Bunların nəticəsində demək olar ki, qeyri-klassik tektonofizikanın elmi əsasları yaradıldı, bir sıra mühüm elmi nəticələr əldə olundu. Fundamental tədqiqatlar sahəsində Yer planetinin təkamülündə deformasiya proseslərinin oynadığı vacib rol müəyyənləşdirildi. Göstərildi ki, Yerin daxili strukturlarının formalaşmasında və onun geodinamik təkamülündə deformasiya prosesləri çox mühüm rol oynayır və demək olar ki, onları idarə edir. Deformasiya prosesləri nəticəsində Yerin daxilində geoloji qırışlar, yarıqlar əmələ gəlir və bir formadan başqa formaya keçərək tektonik prosesləri nizamlayır. Bu proseslərdə laylara ayrılma yolu ilə nəhəng miqyaslı dağılma prosesləri gedərək yeni strukturlar yaranır. Məsələn, şaquli geoloji yarıqlarla yanaşı, konsentrik sferalar üzərində yerləşən möhtəşəm həndəsi ölçülərə malik lateral geoloji yarıqlar əmələ gəlir. Bunlar tektonik və daxili dinamik proseslərə şərait yaradır.

-Tətbiq etdiyiniz elmi yeniliklər barədə də danışardınız. Ümumiyyətlə, elmi tədqiqatlarınız zamanı hansı ziddiyyət doğuran məsələlərlə qarşılaşmısınız?

-Bu günədək bir çox modellərin yaradılmasına nail olduq. Belə ki, deformasiyaya uğrayan bərk cisim və dalğa mexanikasında alınmış müasir elmi nəticələrin Yer elmləri sahəsində kompleks tətbiqi imkan verdi ki, böyük həcmdə toplanmış geoloji və geofiziki məlumatlar kompleksinin işlənilməsinin və geoloji şərhinin yeni üsulları, eləcə də onların elmi əsasları hazırlansın. Bizim tədqiqatlar bu sahələrdə bir ilkdir. Bu nəticələrin əsasında quyu-geofiziki, seysmokəşfiyyat və seysmoloji məlumatların işlənilməsinin qeyri-klassik nəzəri baza modelləri yaradıldı. Bu bazalar imkan verdi ki, Yerin nüvəsi ilə bağlı yaranmış mürəkkəb problemin həllinə yaxınlaşaq. Bizim tədqiqatlar göstərdi ki, Yerin etalon modelinin yaradılmasında bir sıra səhvlərə yol verilib. Bu məsələləri həll etmək üçün ilk növbədə, ilkin etalon modelində əldə edilmiş baza məlumatlarının saf-çürük edilməsi zərurəti yarandı. Bunun üçün qeyri-xətti elastodinamika əsasında biz yeni geomexaniki təhlil üsulu yaratdıq. Bu üsulun tətbiqi nəticəsində bir neçə il ərzində aparılan tədqiqatlar göstərdi ki, Yerin ilkin modelində təqdim olunan məlumatlar yanlışdır. Onlar hansısa hibridlərin qeyri-müəyyən toplusudur. Müəyyən etdik ki, Yerin ilkin modeli barədə həm nəzəri, həm də eksperimental nəticələr düzgün şərh olunmayıb.

-Düşünürsünüzmü ki, əldə olunan bu nəticələr nə zamansa, innovativ tədqiqatlarınız üçün də gərəkli olacaq?

- Sözsüz. Biz təklif edilən yeni geomexaniki təhlil üsulunu elə əvvəlcədən quyu-geofiziki və seysmo-kəşfiyyat məlumatları bazasında hazırlamağa başlamışdıq. Bu, bir tərəfdən yeni yataqların, xüsusilə də Yerin dərin qatlarında yerləşən yeni yataqların axtarışı və kəşfiyyatında, digər tərəfdən də belə yataqların mənimsəmə mərhələlərində çox mühüm rol oynayacaq. Eyni zamanda, tətbiq etdiyimiz metod bir yoxlama mərhələsindən keçərək, Yerin daha dərin qatlarının öyrənilməsinin özülünü təşkil edəcək. Nəticədə isə zəlzələlərin öyrənilməsi yeni elmi əsaslarla təmin olunacaq.

-Hətəm müəllim, tədqiqatlarınızı davam etdirməyiniz hansı zərurətdən yaranıb? Bunu nə ilə izah edərdiniz?

-Əlbəttə, çox böyük elmi zərurəti var. Həm də bu prioritet istiqamətli tədqiqatları inkişaf etdirərək Azərbaycanı “qeyri-xətti geomexanika” sahəsində beynəlxalq mərkəzə çevirmək şansı var.

Səbəblərə gəldikdə isə, məncə birinci iş, etalon modelin düzgün olmadığını göstərərək onun düzgün variantının yaradılması ilə bitmir. Baş vermiş hadisənin miqyası hələlik çox az vaxt keçdiyindən alimlər tərəfindən tam dərk edilməyib. Zənnimcə, əsas məsələ bundan sonra başlayacaq. Belə ki, etalon model çox bəsit elmi təsəvvürlərin formalizmə edilməsidir. Reallıq isə qeyri-adi mürəkkəbdir və bu reallıqları əhatə edən modellər etalon modelə əsaslanır. Digər tərəfdən isə burada həm təsir edən, həm də deformasiyaya uğrayan sistemlər daha mürəkkəb və daha zəngindir. Düşünürəm ki, bütün bu işlər dünya miqyasında böyük elmi dəyişikliklərə gətirib çıxaracaq.

- Maraqlı söhbətə görə, minnətdarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb