ELM VƏ TƏHSİL


Akademik İbrahim Quliyev “Ecoworld” mükafatı laureatlarının təltifolunma mərasimində iştirak edib

Bakı, 1 dekabr, AZƏRTAC

Moskvada Rusiya Təbiət Elmləri Akademiyasında “Ecoworld” beynəlxalq mükafatının onlayn təqdimat mərasimi keçirilib. AMEA-nın vitse-prezidenti, “Ecoworld” Himayəçilər Şurasının üzvü və “Ekoloji siyasət və ətraf mühit” nominasiyası üzrə müsabiqənin münsiflər heyətinin sədri akademik İbrahim Quliyev laureatların mükafatlandırılmasında iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İbrahim Quliyev təltifetmə mərasimindən əvvəl çıxış edib. O vurğulayıb ki, planetimizdə baş verən son hadisələr ekologiya və təbii proseslərin sərhəd tanımadığını bir daha göstərdi. Bütün ölkələrin alim və tədqiqatçılarının vəzifəsi Yer kürəsində bütün canlıları qorumaq, sivilizasiyanın ən təhlükəli ssenarilər üzrə inkişafının qarşısını almaq üçün səyləri birləşdirməkdir və Azərbaycan, Rusiya alimləri bu problemlərin həllinə mühüm töhfə verə bilərlər.

Mükafatlandırma mərasimində Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti Oleq Kuznetsov, Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidentləri Lida İvanitskaya və “Resurslara qənaət və ekoloji cəhətdən təmiz texnologiyalar, istehsal və istehlak tullantılarının emalı” nominasiyası üzrə münsiflər heyətinin sədri Əzizağa Şahverdiyev çıxış ediblər.

Qeyd edək ki, “Ecoworld” beynəlxalq ekoloji mükafatı 2003-cü ildə Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən təsis edilən və ətraf mühitin mühafizəsi sahəsində nailiyyətlərə görə verilən “Ecomir” milli mükafatının davamçısıdır. 2017-ci ildə beynəlxalq status alıb. Bu il mükafat Rusiyanın 35 regionundan və dünyanın 20 ölkəsindən 200 layihəni bir araya gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.