ELM VƏ TƏHSİL


Akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasında olub

Bakı, 10 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Federasiyasında səfərdə olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində İ.Quliyev Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb.

Görüşdə A.Sergeyev REA-nın ötənilki fəaliyyəti haqqında məlumat verib. REA ilə AMEA arasında elmi əlaqələrin inkişafını xüsusi qeyd edən A.Sergeyev deyib ki, uzun illərdir hər iki qurumu səmərəli əməkdaşlıq birləşdirir.

İ.Quliyev ötən ilin AMEA üçün səmərəli olduğunu deyib, yeni layihələrə imza atıldığını, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Rusiyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirildiyini, müştərək tədqiqat və layihələrin həyata keçirildiyini söyləyib. O, REA-nın prezidentinin başçılığı altında nümayəndə heyətini AMEA-ya dəvət edib.

Sonra tərəflər gələcəkdə müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatlara yönələn potensialın genişləndirilməsi məqsədilə əməkdaşlıq haqqında sazişin yenidən imzalanması məsələsini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.