ELM VƏ TƏHSİL
Akademik İsa Həbibbəyli Türkiyədə “Şərəf” medalı ilə təltif olunub
Ankara, 3 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən “Şərəf” medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz türk dünyası qarşısında yaradıcı xidmətlərinə, Azərbaycan elminin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
AYB-nin bu barədə qərarında qeyd edilir ki, 70 yaşı tamam olan İsa Həbibbəyli türk dünyasının ədəbiyyatı, mədəni həyatı, elmi nailiyyətləri barədə zəngin araşdırmalar aparıb, o cümlədən dəyərli əsərləri ilə gələcək nəsillər üçün qiymətli yaradıcılıq irsi yaradıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:37]
Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]