Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Akademik İsmayıl Hacıyev: Tarixi torpaqlarımız uğrunda döyüşən Azərbaycan Ordusunun qazandığı böyük uğurlar Qələbəni daha da yaxınlaşdırır

Akademik İsmayıl Hacıyev: Tarixi torpaqlarımız uğrunda döyüşən Azərbaycan Ordusunun qazandığı böyük uğurlar Qələbəni daha da yaxınlaşdırır

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Qarabağ problemi iki yüz ildən artıqdır ki, ortaya atılıb. Rusiya ilə Qacarlar İranı arasında XIX əsrin əvvəllərində aparılan müharibələr nəticəsində 1805-ci ilin may ayında Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil edilib. Həmin müharibələrin yekununda, xüsusilə Türkmənçay müqaviləsi ilə İran ərazisindən ermənilər Azərbaycan torpaqlarına köçürülüb. Ermənilərin köçürüldüyü ərazilərdən biri də Dağlıq Qarabağ idi.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu faktları AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib. Akademik qeyd edib ki, Cənubi Qafqazda ermənilərin dövləti olmayıb. Xarici havadarlarının köməyi ilə 1918-ci ildə Ararat Respublikası – erməni dövləti yaradılıb. Bu illərdə Ermənistan dövlətinin sahəsi Batum müqaviləsinə (4 iyun 1918-ci il) görə 9 min kvadratkilometr idi. Bununla kifayətlənməyən Ermənistan dövləti Azərbaycanın bir sıra torpaqlarına ərazi iddiaları irəli sürdü. Qarabağın, Zəngəzurun və Naxçıvanın onlara verilməsini tələb edirdilər. Həmin vaxt ermənilər Qarabağın dağlıq ərazisində kompakt halda yaşayırdılar. 1918-1921-ci illərdə apardıqları açıq mübarizə yolu ilə Qarabağın bir hissəsini Ermənistana birləşdirmək istəyirdilər. Artıq 1922-ci ildə Sovetlər Birliyi yaranmışdı və onların havadarları da artmışdı. 1921-ci ilin iyulun 3-də Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun qəti mövqeyi sayəsində bunun qarşısı alındı və həmin il iyulun 4-də Qafqaz bürosunun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Ermənilər isə bunun Azərbaycanın tərkibinə verilməsi kimi qeyd edirlər ki, bu səhvdir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi və tərkibində də saxlanıldı.

Alim diqqətə çatdırıb ki, SSRİ yarandıqdan sonra (dekabr, 1922-ci il) ölkə rəhbərliyində Mikoyan, Kirov, Orconikidze, Çiçerin kimi adamlar erməniləri himayə edirdilər. Nəticədə, 1923-cü ilin iyulun 7-də 80 minə yaxın erməninin yaşadığı Dağlıq Qarabağa Azərbaycanın tərkibində mədəni muxtariyyət verildi. Bununla, gələcək bəlaların, qarşıdurmanın əsası qoyuldu. Halbuki bu dövrdə Ermənistanda 350 min, Gürcüstanda bundan da çox azərbaycanlı yaşayırdı. Maraqlıdır, ermənilərə muxtariyyət hüququ verildiyi halda nə üçün azərbaycanlılara muxtariyyət verilmədi? İkili siyasət həmin dövrdən davam edirdi. XX əsr boyu erməni millətçiləri dəfələrlə Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhdlər etmişlər, lakin bunu reallaşdıra bilməmişlər. Mixail Qorbaçovun hakimiyyəti dövründə ermənilər üçün əlverişli fürsət yarandı. Baş katib ermənipərəst olduğundan, Aqambekyan, Sitaryan, Xaçaturov, Şahnazarov kimi erməniləri ətrafında yığdığından, onların dediklərinə əməl edirdi. O vaxtkı Azərbaycan rəhbərliyinin zəifliyi (K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov Ə.Elçibəy) və hakimiyyət çəkişməsi ermənilərin Dağlıq Qarabağa yiyələnmələri üçün şərait yaratdı. Sonrakı dövrdə Ermənistan nəinki Dağlıq Qarabağı, onun ətrafındakı 7 rayonu da (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı) işğal etdi, azərbaycanlıları qaçqın və köçkün vəziyyətinə saldı.

Aparılan danışıqlar prosesindən danışan İsmayıl Hacıyev bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə atəşkəsə nail olundu (1994) və problemi həll etmək üçün ATƏT-in Minsk qrupu yaradıldı. Minsk qrupu BMT-nin əsas müddəası olan – “Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır” prinsipini nəzərə almadı və problemi həll etmək istəmədi. İşğal faktını bir dəfə də olsa qeyd etmədi, dilinə gətirmədi. Bundan istifadə edən Ermənistan Respublikası Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladı, təxribatlar törətdi, himayədarlarının sayəsində silahlandı. Nəticədə, 2016-cı ilin aprel təxribatı, 2020-ci ilin iyul hadisələri baş verdi. Azərbaycan Ordusu ermənilərə layiqli cavab versə də, onlar nəticə çıxarmadılar. Açıq-aşkar Azərbaycanla müharibə dili ilə danışmağa başladılar, Azərbaycanı hədələdilər, “Gəncəni tutarıq”, “Mingəçevir Su Anbarını partladarıq” kimi sərsəm fikirlər söyləməyə başladılar.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri Nikol Paşinyana əsl dərs verdi, siyasətdə onun təsadüfi və naşı adam olduğunu başa saldı. Bu il sentyabr ayında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi. Nəticədə Ermənistan 27 sentyabr 2020-ci il tarixində Azərbaycana qarşı yeni təxribata əl atdı”, - deyən akademik qeyd edib ki, həmin gündən ermənilər sərhəd rayonlarını, yaşayış məntəqələrini – şəhər və kəndləri toplardan, qradlardan atəşə tutdular. Altıncı gündür ki, Ermənistan silahlı qüvvələri Cəbrayılı, Fizulini, Goranboyu, Tərtəri, Bərdəni, Naftalanı və başqa şəhər və kəndlərimizi, dinc sakinləri atəşə tutur, evləri, sosial obyektləri dağıdır. Oktyabrın 2-dək erməni vandallarının atəşi nəticəsində 21 dinc sakin həlak olub, bunlardan ikisi məktəblidir, 55 nəfər yaralanıb, 200-ə yaxın ev, sosial obyekt qismən, yaxud tamamilə dağıdılıb.

Akademik vurğulayıb ki, erməni vandallığının qarşısını almaq üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamağa məcbur olub və onlara lazımi dərs verməkdədir. 2 oktyabr tarixinədək çoxsaylı erməni qüvvələri öldürülüb, 200-dən çox tank və zirehli texnika, 230-a yaxın artilleriya qurğuları, 120-ə yaxın nəqliyyat vasitələri, 1 ədəd S-300 zenit-raket qurğusu və başqa vasitələr məhv edilib. Qəhrəman əsgər və zabitlərimiz bir neçə yaşayış məntəqələrini, yüksəklikləri, idarəetmə punktlarını və Murovdağ yüksəkliyini ələ keçirib, erməni qüvvələrinin bəziləri silah-sursatını, nəqliyyat vasitələrini, döyüş bayrağını, rəsmi sənədləri ataraq qaçıblar.

Akademik İsmayıl Hacıyev deyib: “Döyüş meydanında biabırcasına məğlub olan erməni silahlı qüvvələri bunun acığını Azərbaycanın dinc sakinlərindən, kənd və şəhərlərdən çıxmağa çalışırlar. Lakin bir həqiqət bizim üçün aydındır ki, biz torpaqlarımızı azad edəcək, bayrağımızı Xankəndində, Şuşada və işğaldan azad edəcəyimiz başqa müqəddəs ərazilərimizdə dalğalandıracağıq. Son döyüşlər qələbəmizin yaxın günlərdə olacağına bizi inandırır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu erməni vandallarına elə bir dərs verəcək ki, tarix boyu onlar bunu unutmayacaqlar! Əzəli və tarixi Qarabağ torpaqları yağı düşməndən azad ediləcək, qaçqın və köçkünlər öz yurdlarına dönəcəklər! Xalqımız yaxın günlərdə qələbə sevincini yaşayacaq. Dövlət-ordu-xalq birliyi bunu qətiyyətlə deməyə imkan verir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib