Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd edilib

Naxçıvan, 18 yanvar, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Azərbaycan elminin görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “İsmayıl Hacıyev alim və ictimai xadim kimi” mövzusunda tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbiri açan AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli akademikin həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində müəllim ailəsində dünyaya göz açıb. Xanəgah və Göydərə kənd məktəblərində orta təhsil alıb, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1974-1977-ci illərdə Xanəgah və Xoşkeşin kənd məktəblərində müəllim, 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim işləyib, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrini uğurla icra edib. 1992-ci ildə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər)” mövzusunda namizədlik, 1999-cu ildə “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

“Onun “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” adlı doktorluq dissertasiyası tarix elmimizin mühüm nailiyyətlərindən biridir”, - deyən Fəxrəddin Səfərli zəhmətkeş alim, bacarıqlı təşkilatçı İsmayıl Hacıyevin orta məktəb müəllimliyindən elmin ən ali pilləsi olan akademikliyə qədər keçdiyi keşməkeşli elmi fəaliyyəti haqqında məlumat verib. Alim vurğulayıb ki, muxtar respublikanın aparıcı ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universitetinin klassik təhsil müəssisəsi kimi formalaşmasında İsmayıl Hacıyevin xüsusi əməyi olub. Məhz həmin təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi inkişaf etmiş elm müəssisələrindən birinə çevrilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli “Akademik İsmayıl Hacıyevin ictimai fəaliyyəti” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, tanınmış ziyalı, təcrübəli tədqiqatçı-alim İsmayıl Hacıyev ölkə və muxtar respublika mühitində ictimai-siyasi baxımdan fəallığı ilə seçilən şəxsiyyətdir. O, aydın siyasi mövqeyi olan, qətiyyətli, dönməz əqidəli ictimai xadimdir. Dövlətimizin elm siyasətində özünəməxsus yer tutan alim AMEA Naxçıvan Bölməsinə rəhbərlik etdiyi 18 il ərzində həm nümunəvi elmi-təşkilati bacarıq nümayiş etdirib, həm də Azərbaycan elmi-ictimai mühitinin tanınmış siması kimi bu siyasətin həyata keçirilməsinə özünün sanballı töhfəsini verib. Onun aktual məsələlərlə bağlı ölkə mətbuatındakı çıxışları vətənpərvər, aydın, prinsipial mövqeyinə görə diqqət çəkir. Yüksək əxlaqi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, məsuliyyətliliyi, əsl vətənpərvər mövqeyi ilə seçilən İ.Hacıyev ömrünü Azərbaycan dövlətçiliyinin, Naxçıvanşünaslığın tədqiqinə həsr edib və bu gün də bu ali missiyanı uğurla davam etdirməkdədir.

Daha sonra Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix elmləri doktoru Sevinc Abbasovanın “Azərbaycan tarixinin öyrənilməsində akademik İsmayıl Hacıyevin rolu”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Akademik İsmayıl Hacıyevin araşdırmalarında Naxçıvan tarixi məsələləri” və həmin institutun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Akademik İsmayıl Hacıyevin elmi tədqiqatlarının əsas istiqamətləri” mövzusunda məruzələri dinlənilib.

Azərbaycan elminə çoxlu sayda tarixçi bəxş etmiş alimin bir elm xadimi və pedaqoq kimi fəaliyyətindən danışan məruzəçilər qeyd ediblər ki, məhz onun rəhbərliyi ilə 9 nəfər elmlər doktoru, 20 nəfər fəlsəfə doktoru öz müəllimlərinin layiqli davamçılarına çevriliblər. Bildirilib ki, İsmayıl Hacıyev Naxçıvanşünaslığın tədqiqi sahəsində xüsusi yer tutan alimlərdəndir. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, Araz-Türk Respublikasının tarixi, Naxçıvan bölgəsinin ərazi taleyi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tarixi, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti və digər məsələlər alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Onun uzunmüddətli tədqiqatları sayəsində unudulmuş, araşdırılmamış şəxsiyyətlər tədqiqata cəlb olunub, elmi dövriyyəyə daxil edilib. Sovet dövründə tariximizə qarşı nümayiş olunan qərəzli mövqe bəzi həqiqətlərin təhrif olunması, gizlədilməsi ilə nəticələnib. Bununla əlaqədar bir çox tarixi həqiqətlərin üzə çıxarılmasında, mübahisəli məsələlərə aydınlıq gətirilməsində İsmayıl Hacıyevin misilsiz əməyi olub.

Vurğulanıb ki, akademik İsmayıl Hacıyevin elmimizə, tariximizə göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi xatirə medalı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi xatirə medalı ilə təltif edilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülüb. Onun əsərləri Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İngiltərə, Polşa, Çexiya, İtaliya, Xorvatiya, Cənubi Koreya, Tunis, Qazaxıstan, Özbəkistan və dünyanın digər ölkələrində işıq üzü görüb.

Sonda yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə dərin minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO