MƏDƏNİYYƏT


Akademik Musiqili Teatrda konsert - Mən fəxr edirəm ki, azərbaycanlıyam

Akademik Musiqili Teatrda konsert - Mən fəxr edirəm ki, azərbaycanlıyam

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı konsert olacaq.

15 İyun - Milli Qurtuluş Günündə nəzərdə tutulan konsert Ümummilli Lider Heydər Əliyev 100 illiyinə həsr ediləcək.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Fəridə Rüstəmova məlumat verib.

Qeyd edilib ki, layihənin rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru sənət ocağının baş rejissoru Cavid İmamverdiyevdir. Eyni zamanda

quruluşçu dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, baletmeyster isə Əməkdar artist Emin Əliyevdir.

Konsertdə Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, ifaçılar Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı çıxışı edəcəklər.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək mümkündür.

Kollektiv sifarişlər də qəbul olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.