Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi və təqdimatı keçirilib

Bakı, 10 sentyabr (AZƏRTAC, Kifayət Əliyeva). Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının geniş iclasında akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi və təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdim olunan kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir.

Akademik Ramiz Mehdiyev yeni əsərində Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıb. Bununla da, görkəmli alim bir vətəndaş tədqiqatçı kimi müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti çox incəliklə araşdırıb ortaya çıxarmağı qarşısına məqsəd qoyub.

Yaqub Mahmudov deyib ki, akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk məxəzlərdəki, o cümlədən erməni mənbələrindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas “dəlili” onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi” olması barədəki saxta uydurmalarını alt-üst edir. Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüblər.

Müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini açıqlayır.

Akademik Ramiz Mehdiyev oxuculara belə bir tarixi həqiqəti çatdırır ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Bu gün ermənilərin özlərinə aid etdikləri “mədəniyyət”, hətta “erməni” adının özü belə onların özlərinə - “hay”lara aid deyil, oğurluqdur.

Yaqub Mahmudov kitabın Moskvada çap olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Alimin sözlərinə görə, əsərin rus dilində nəşrinin əhəmiyyəti ondan ibarətdir ki, milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin taleyini həllində mühüm rol oynayan bir ölkənin paytaxtında işıq üzü görüb.

Tarix İnstitutunun direktoru qeyd edib ki, akademik Ramiz Mehdiyev tədqiqatçı alim olmaqla yanaşı, həm də nəzəriyyəçi filosofdur. O, vətəndaşlıq mövqeyindən yazılmış bu əsərində hər iki aspektdən çıxış edərək tutarlı sözünü deyə bilib. Hörmətli akademikimizə daha böyük uğurlar, Vətənimizin, millətimizin mənafeyini müdafiə edən yeni əsərlər yazmağı arzulayırıq.

Daha sonra Y.Mahmudov akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsi təklifini irəli sürüb. Alim bildirib ki, bu yolla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi və hər kəsin başa düşəcəyi dildə çatdırmaq mümkündür.

Y.Mahmudov Azərbaycan tarixinin yenidən yazılması təşəbbüsünün ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüldüyünü, hazırda Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Son illər tariximizə aid həqiqətlərin üzə çıxarılmasında böyük işlərin görüldüyünü diqqətə çatdıran alim rəhbərlik etdiyi elm müəssisəsinin bu istiqamətdə fəaliyyətini, Azərbaycan tarixinin qaranlıq səhifələrinin aşkarlanması işinə töhfələrini də qeyd edib.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan milli tarixşünaslığında artıq otuz ildən çoxdur mütəmadi müzakirə olunur və bu mövzuda sanballı əsərlər yazılır. Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri bu istiqamətdə atılan daha bir uğurlu addımdır.

C.Bəhramov qeyd edib ki, iyirmi beş fəsildən ibarət olan əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya çıxarılır, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Bütövlükdə, əsər bu problemin qədim dövrlərdən bu günədək olan tarixini əks etdirir və ilkin mənbələrə əsaslanaraq əsl həqiqətləri oxucuya təqdim edir. Kitabda tarixi sənədlər xronoloji ardıcıllıqla verilir. Əsər Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edir.

Vurğulanıb ki, akademik Ramiz Mehdiyevin bu əsəri milli tarixşünaslığımızda irəliyə atılan yeni bir addım kimi çox dəyərlidir və tarixçilər üçün əhəmiyyətli mənbədir.

Tarix İnstitutu direktorunun müavini Tofiq Nəcəfli qeyd edib ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində münaqişənin antik dövrdən zəmanəmizə qədər yaranma səbəblərini göstərən, eləcə də Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi faktlar əksini tapıb. Kitabda Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövrə nəzər salınır və bu regionun müasir tarixindən bəhs edilir. Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Tofiq Nəcəfli qeyd edib ki, əsərdə antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, həmçinin yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Lakin bu ərazilərə iddialı olan ermənilər işğal etdikləri Dağlıq Qarabağ regionundakı abidələri kütləvi şəkildə məhv edir, bununla da tarixi saxtalaşdırmağa cəhd göstərirlər. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin diqqəti çəkən məziyyətlərindən biri də odur ki, burada tarixi-fəlsəfi cəhətdən elmi ümumiləşdirmələr aparılır. Bu isə Azərbaycan tarix elmi üçün mühüm nailiyyət hesab edilməlidir.

Tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev bildirib ki, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri tarixi faktların dəqiq mənbələr əsasında ictimaiyyətə təqdim olunması istiqamətində irəliyə atılan mühüm addımdır. Əsərdə Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Monoqrafiyanın rus dilində çap olunması oxucu auditoriyasının genişlənməsi ilə əsərin elmi əhəmiyyətini daha da artırır. Akademik Ramiz Mehdiyevin bu kitabı, eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Tədbirdə Milli Məclisin deputatı, professor Fəzail İbrahimli çıxış edərək kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin müzakirəyə təqdim olunan əsəri xalqımız üçün kifayət qədər taleyüklü məsələyə həsr edilib. Kitabda erməni məxəzlərindən və xarici mənbələrdən geniş istifadə edilməsi ermənilərin əzəli Azərbaycan torpaqlarına iddialarının əsassız olduğunu göstərir.

Professor F.İbrahimli vurğulayıb ki, ermənilər tərəfindən təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesi bu gün də davam edir. İşğal edilmiş torpaqlarımızda qədim Azərbaycan adları sürətlə dəyişdirilir. Hər bir elementin problemin təkamülünü müəyyən etməsi və məntiqi yük daşıması amili akademik Ramiz Mehdiyevin bu əsəri üçün əsas olub. Tarix elmimiz üçün dəyərli mənbə olan bu kitab postsovet məkanında ən qanlı münaqişə barədə erməni tərəfin tezislərinin saxtalığını ifşa etməyə yönəlib və müəllif bu məqsədinə çatıb.

Professor Tofiq Mustafazadə akademik Ramiz Mehdiyevin yeni kitabının Azərbaycan tarixşünaslığının ayrı-ayrı dövrlərinin öyrənilməsi üçün çox böyük elmi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilib. Bu fəsillərdə ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübut edilir.

T.Mustafazadə Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının siyasi vəziyyətinin və onların yürütdükləri siyasətin təhlilinin kitabda diqqəti cəlb edən əsas məqamlardan olduğunu vurğulayıb.

Tarix İnstitutunun yeni tarix şöbəsinin müdiri, professor Hacı Həsənov akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin Azərbaycanın elmi həyatında mühüm hadisə olduğunu vurğulayıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycandakı xristian abidələri erməni ruhaniləri tərəfindən həmişə saxtalaşdırma obyekti olub. Əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan Erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışırdı. Alban əlyazmalarının və epiqrafikasının məhv edilməsi də bu siyasətin bir hissəsi idi.

Tarix elmləri doktoru, professor Camal Mustafayev bildirib ki, akademik Ramiz Mehdiyevin yeni kitabı tarixşünaslığımızda, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edən əsərdir. Kitabın məziyyətlərindən danışan C.Mustafayev söyləyib ki, əsər çox yüksək elmi-nəzəri səviyyədə, tarixi faktlar, zəngin mənbələr əsasında yazılıb. Əsər tarix elmimizin böyük nailiyyətidir və burada qədim mənbələr, arxeoloji, antropoloji faktlar əsasında sübut olunur ki, ermənilər Qarabağ ərazisinə, o cümlədən Cənubi Qafqaza gəlmədirlər, onlar bu yerlərə çar Rusiyası tərəfindən köçürülüblər. Moskvada nəşr olunan kitab rusdilli oxucular üçün, eləcə də tarixçi alimlər üçün əhəmiyyətli mənbədir.

Təqdimat mərasimində professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli, İlqar Niftəliyev və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin yeni fundamental əsərinin tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar üçün dəyərli mənbə, həmçinin Azərbaycan tarixşünaslığına qiymətli töhfə olduğunu vurğulayıblar.

İclasın sonunda akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsi və dünya ictimaiyyətinə çatdırılması qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb