Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Akademik Ramiz Mehdiyevin rumın dilinə tərcümə edilən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimatı olub VİDEO

Buxarest, 19 dekabr, AZƏRTAC 

Dekabrın 18-də Rumıniya parlamentinin binasında Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunan tədbir keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rumın dilinə tərcümə edilən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimatı olub. Kitab Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və ARDNŞ-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə çap edilib.

Azərbaycanın Buxarestdəki səfirliyinin təşəbbüsü və ARDNŞ-in nümayəndəliyinin dəstəyi ilə təşkil edilən tədbirdə Rumıniya hökumətinin və parlamentinin üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbər heyəti, Türk İş Adamları Dərnəyinin üzvləri, eləcə də Buxarestdə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb, dövlət başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən dəyişikliklər, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlarından söz açıb. Səfir tədbir iştirakçılarına ölkəmizin müstəqil daxili və xarici siyasəti, Azərbaycanın regionda və dünyada artan nüfuzu barədə ətraflı məlumat verib.

Çıxışına ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə başlayan Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş ötən əsrin sonlarında müstəqilliyini yenidən elan edən Azərbaycan ilə Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb və digər ölkələrin bundan nümunə götürməli olduğunu söyləyib.

Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Azərbaycanın enerji potensialından danışıb. O, 2015-ci ilin dünya üçün çətin bir il olacağını və Azərbaycanın bu istiqamətdə sabitliyin qorunması, enerji resurslarının təhlükəsiz şəkildə Avropaya daşınması baxımından mühüm ölkə olduğunu bildirib.

Rumıniyanın “Geopolitika” jurnalının direktoru, “Azərbaycanı dəyişmiş 10 il (2003-2013)” kitabının çap olunduğu “Top Form” nəşriyyat evinin rəhbəri Vasile Simileanu isə çıxışında Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul olunduğunu diqqətə çatdırıb.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan və Rumıniyanın Türkmənistandakı sabiq səfiri İon Porojan “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının fundamental əsər kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd edilib ki, əsərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə ölkədə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunub. Akademik Ramiz Mehdiyev kitabda Azərbaycanın son 10 ildə iqtisadiyyat, mədəniyyət, təhsil, sosial sahələrdə həyata keçirilən mütərəqqi islahatlar və yeniliklər, eləcə də əldə olunan nailiyyətlər barədə oxuculara geniş məlumat verib.

ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti nəticəsində son 10 ildə Azərbaycan regionda və dünyada çox böyük layihələrin reallaşmasına imza atıb. H.Kərimov bu kitabın tədbirdə bəhs edilən uğurların təhlili baxımından dəyərli mənbə olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yoluna həsr edilən film nümayiş olunub.

Sonda iştirakçılara “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının nüsxələri təqdim edilib.

“Top Form” nəşriyyat evi tərəfindən rumın dilinə tərcümə edilən və nəfis şəkildə çap olunan kitabın paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın 42 regionunda fəaliyyət göstərən mərkəzi kitabxanalara, bu ölkənin xarici dövlətlərdəki səfirlikləri və baş konsulluqlarının nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə, universitet kitabxanalarına, elmi və siyasi tədqiqat mərkəzlərinə çatdırılması nəzərdə tutulur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Akademik Ramiz Mehdiyevin rumın dilinə tərcümə edilən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB