ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev: GEANT-ın yeni layihəsində daha “ağıllı” şəbəkə servisləri tətbiq olunacaq

Bakı, 24 noyabr, AZƏRTAC

Güman edirəm ki, yeni layihədə IV sənaye inqilabının çağırışları və süni intellekt texnologiyalarının təsiri ilə daha “ağıllı” şəbəkə servisləri tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “GEANT Connect” jurnalında dərc olunan məqalədə Şərq Tərəfdaşlığı ölkələrinin 2-ci “EapConnect” layihəsinə münasibət bildirərkən deyib.

Bildirilib ki, Avropa İttifaqının “EU4Digital” təşəbbüsü çərçivəsində maliyyələşdirilən layihənin əsas məqsədi “EaPConnect” tərəfdaşlarının uzunmüddətli davamlılığına nail olmaq və onun dəyərini nümayiş etdirməkdir. Elmi mübadiləni asanlaşdırmaq üçün şəbəkə infrastrukturunu genişləndirmək, yeni xidmətlər təklif etmək, Şərq Tərəfdaşlığı ölkələrinin milli tədqiqat və təhsil şəbəkələrinin həmin ölkələrdəki milli tədqiqat və təhsil ekosistemlərində mövqeyini gücləndirmək də layihənin hədəfləri sırasındadır.

“EapConnect” layihəsi Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı internet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur. Tərəfdaşlar layihənin məqsədlərini reallaşdırmaq və Şərq Tərəfdaşlığı regionunda təhsil və tədqiqat şəbəkələrinin davamlılığını təmin etmək üçün konfranslar, seminarlar, treninqlər və digər əməkdaşlıq fəaliyyətləri vasitəsilə birgə çalışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.