ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub

Bakı, 3 may, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev avqustun 16-17-də Berlində keçiriləcək Kibertəhlükəsizlik və Etik Hakinq üzrə Beynəlxalq Konfransa (“International Conference on Cyber Security &Ethical Hacking”) əsas məruzəçi kimi dəvət olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdə müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri bir araya gətirməklə dünya səviyyəsində kibertəhlükəsizliyin təmin edilməsi üçün bilik, təcrübə və tədqiqatları paylaşmaq, eləcə də şəbəkə, cihaz və proqramların istənilən növ kiberhücumlardan qorunması və bərpa olunması vəziyyətini müzakirə etməkdir.

Tədbirin əsas istiqamətlərinə biometrik təhlükəsizlik, blokçeyn və tətbiqi kriptoqrafiya, kibercinayətkarlıq, bulud təhlükəsizliyi və virtuallaşdırma, mobil qurğuların və əşyaların internetinin təhlükəsizliyi və s. aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.