ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev beynəlxalq konfransda iştirak edib

Bakı, 27 iyun, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Estoniyanın paytaxtı Tallinndə keçirilən “Terena Networking Conference” (TNC19) beynəlxalq konfransı və GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, eləcə də sənaye nümayəndələrini təmsil edən 800-dən çox mütəxəssis qatılıb.

Tədbir iştirakçılarına elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat verilib.

Qeyd edək ki, GEANT Avropanın 36 milli elm və təhsil şəbəkəsini birləşdirən assosiasiyadır. GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı AMEA, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.