ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev beynəlxalq tədbirdə iştirak edib

Bakı, 25 noyabr, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev noyabrın 25-də İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İnkişaf üçün Asiya və Sakit Okean Tədris Mərkəzinin (APCICT) İdarəetmə Şurasının XVI Sessiyasında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Koreya Respublikasının ev sahibliyi etdiyi sessiyada şuranın üzvü olan Banqladeş, Kamboca, Hindistan, İndoneziya, Filippin, Rusiya Federasiyası, Şri-Lanka, Tailand, həmçinin digər ölkələr iştirak ediblər.

Tədbirdə Mərkəzin proqramlarının idarə olunması, maliyyə vəziyyəti və onların icrasının gedişatı nəzərdən keçirilib.

İclasda regionda Mərkəzin potensialının gücləndirilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sessiyada, həmçinin Asiya və Sakit Okean regionunda informasiya və kommunikasiya texnologiyalarının potensialının artırılması ehtiyaclarının qiymətləndirilməsi və 2022-ci il üzrə iş planı müzakirə olunub. Eləcə də İdarəetmə Şurasının XVII sessiyasının keçiriləcəyi tarix və məkanla bağlı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda İdarəetmə Şurasının 2021-ci il üzrə hesabatı qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.