Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Səftər Quliyev neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır

Akademik Səftər Quliyev neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-i Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, akademik Səftər Quliyevin doğum günüdür. Neft quyularının qazılmasının elmi əsaslarını işləyib hazırlayaraq sənaye miqyasında tətbiq edən azərbaycanlı alimlərin birincilərindən olan S.Quliyev SSRİ alimləri arasında ilk dəfə lap dərin qazmanın texnoloji problemlərinin həllində böyük uğurlar qazanıb. Onun elmi tədqiqatlarında qazma rejimlərinin nəzəri həllinə, quyu divarlarının bərkidilməsi məsələlərinə, sürətli qazma texnologiyasının işlənib hazırlanmasına, şaquli və maili quyuların turbinlə səmərəli qazılması problemlərinin yeganə düzgün həllinə nail olmağa xüsusi önəm verilib.

Akademik S.Quliyev 1908-ci ildə İçərişəhərdə dünyaya göz açıb. 1925-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) texnoloji fakültəsinin mədən şöbəsinə daxil olan S.Quliyev 1930-cu ildə ali məktəbi bitirəndən sonra Bakının neft mədənlərində qazma mühəndisi kimi çalışmağa başlayıb. O, eyni zamanda, bitirdiyi ali məktəbdə nəzəri mexanika və materiallar müqaviməti kafedrasında müəllimi kimi fəaliyyət göstərib, keçmiş SSRİ-nin və xarici ölkələrin nəşriyyatlarında iki yüzdən çox elmi tədqiqat işi dərc etdirib.

Keçmiş Sovet İttifaqında S.Quliyevin adı turbin qazması praktikasında tədqiqat aparan alimlərin birinciləri sırasında çəkilib. Azərbaycanlı alim çoxpilləli turbin qazıyıcısının müəllifləri ilə birlikdə onun sənayedə sınaqdan keçirilməsində, habelə sonralar qazmada tətbiq olunmasında fəal iştirak edib. S.Quliyev neft və qaz quyularının qazılması sahəsində görkəmli alim, çox dərin qazıma üsulunu ilk tətbiq edənlərdən biri, neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır. Alimin elmi tədqiqatları qazıma rejimlərinin nəzəri əsaslarının işlənilməsi, quyuların bərkidilməsi, sürətli qazıma texnologiyasının işlənilməsi, şaquli və maili quyuların rasional turbin qazımasının əsasları, dağ süxurlarının mərhələ-mərhələ dağıdılması sahələrini əhatə edir.

Akademik S.Quliyev çox dərin qazmanın böyük bilicisi kimi də tanınıb. Neft quyularının qazılması və istismarı sahəsində terminologiyanın yaradıcısı olan görkəmli alim qazma elminə Azərbaycan dilində yeni terminlər gətirib. Onun 1947-ci ildə yazdığı “Neft quyularının qazılması” dərsliyi SSRİ Ali Təhsil Nazirliyi tərəfindən müvafiq təmayüllü ali məktəblərdə tədris olunmaq üçün tövsiyə edilən ilk dərsliklərdən idi. Uzun illər qazma sahəsində çalışan alimlərin və mütəxəssislərin stolüstü kitabına çevrilən bu dərslikdən keçmiş SSRİ-nin ali texniki məktəblərinin minlərlə tələbəsi bəhrələnib, ondan qazma elminin və praktikasının sirlərinə yiyələnib.

S.Quliyev çoxpilləli turbin qazıyıcısının müəllifləri ilə birlikdə onun sənayedə sınaqdan keçirilməsində, habelə sonralar qazmada tətbiq olunmasında da fəal iştirak edib.1936-cı ildə Qaraçuxur neft sahəsində quyular ilk dəfə Səftər müəllimin bilavasitə rəhbərliyi ilə çoxpilləli turbin qazıyıcısı ilə qazılıb. O, turbinlə qazma texnologiyasının işlənib hazırlanması və təkmilləşdirilməsi sahəsində çox iş görüb. S.Quliyev 1941-ci ildə Bibiheybət sahəsində ilk maili quyunun turbin üsulu ilə qazılmasına rəhbərlik edən mütəxəssislərdən biri kimi çox zəhmət çəkib. Həmçinin 1936-1938-ci illərdə Suraxanı mədən sahəsində məhsuldar qatın aşağı təbəqələrinə ilk, nisbətən dərin quyular qazılmasına rəhbərlik edib. O, həmin vaxtdan dərin və çox dərin quyular qazılması problemi ilə məşğul olub. 1956-cı ildə nəşr etdirdiyi “Çox dərin quyular qazılması təcrübəsi” monoqrafiyası Sovet İttifaqında bu qəbildən ilk əsər olduğu üçün böyük məmnunluqla qarşılanıb və xarici dillərə tərcümə edilib.

Görkəmli alim 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) yenidən yaradılmış Neft İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin edilib. O, 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilib. İyirmi monoqrafiyanın, 170-dən çox elmi məqalə və dərsliyin müəllifi olan S.Quliyev Əməkdar Elm Xadimi, “SSRİ-nin fəxri neftçisi” adlarına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və bir çox medallarla mükafatlanıb.

Neft quyularının qazılması sahəsində birincilərdən olan akademik S.Quliyevin neft sənayesinin inkişafı üçün milli kadrların yetişdirilməsində də böyük əməyi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub