ELM VƏ TƏHSİL


Akademik Sergey Alekseyeviç Çaplıqinin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Milli Aviasiya Akademiyasında (MAA) Rusiya və Sovet riyaziyyatçı-mexanik, müasir aerodinamikanın banilərindən olan, akademik Sergey Alekseyeviç Çaplıqinin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİİM) direktor müavini Aleksandr İliç Kalamin, baş ekspert-mütəxəssisi Şişkalova Yelena və Azərbaycandakı Rusdilli təhsil müəssisələri müəllimləri Birliyinin sədri Lyubov Timofeyevna Yakunina, həmçinin akademiyanın professor-müəllim heyəti ilə yanaşı, tələbələr də iştirak ediblər.

Tədbir Akademiya tələbələrinin təyyarə modellərinin sərgisi ilə başlayıb, giriş sözü ilə MAA-nın tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov çıxış edib.

Sonda “S.A. Çaplıqinin həyat və elmi fəaliyyəti” adlı təqdimat və akademikə həsr edilən film nümayiş olunub. 1136r qrup tələbəsi Diana Mamişova və M1538r qrup magistrantı Rüfət Abdullayev, Aeronaviqasiya kafedrasının müəllimi Səbinə Estrova Bakıda RİİM və MAA-nın birgə fəaliyyətləri barədə, Azərbaycandakı Rusdilli təhsil müəssisələri müəllimləri Birliyinin sədri L.Timofeyevna Yakunina isə Bakıda RİİM-in layihələri haqqında çıxış ediblər.

Çıxışlardan sonra qonaqlar üçün akademiyada ekskursiya təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.