ELM VƏ TƏHSİL
Akademik Teymur Kərimli TÜRKSOY tərəfindən təltif olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşəkkürnamə ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim bu mükafata Moldovanın paytaxtı Kişinyovda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə yaxından iştirakına görə layiq görülüb.
Akademik Teymur Kərimliyə təşəkkürnaməni TÜRKSOY-un Baş katibi Düsen Kaseynov təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [11:57]
ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib
- 23.04.2024 [11:21]
Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar
- 23.04.2024 [11:17]
“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]