ELM VƏ TƏHSİL


Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin üçüncü cildi nəşr olunub

Bakı, 27 noyabr, AZƏRTAC

Bu gün görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin vəfatından 3 il keçir.

AZƏRTAC xəbər verir ki, bu ərəfədə Azərbaycan Milli Elmlər Akademiyası Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin növbəti 3-cü cildini nəşr etdirib. Kitab alimin gənc yaşlarında yazdığı və ilk irihəcmli araşdırması olan “Azərbaycan dilinin Cəbrayıl şivəsi” əsərindən ibarətdir. Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədlidir.

Yalnız mütəxəssislər üçün deyil, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsər nəfis tərtibatda “Cəbrayıl şivəsi” adı ilə müstəqil kitab şəklində də nəşr olunub. Yaxın günlərdə kitabın təqdimatı nəzərdə tutulur.

Kitaba “Ön söz”ü akademik Nizami Cəfərov yazıb. Onun dediyi kimi, “akademik Tofiq Hacıyevin vəfatından keçən bir neçə il böyük şəxsiyyətin fiziki yoxluğunu nə qədər dərindən hiss etdirdisə, mənəvi varlığının əbədiliyini o qədər miqyası ilə təsdiq eləmiş oldu.”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov isə görkəmli türkoloq alimi minnətdarlıqla xatırlayır: “Tofiq Hacıyev şəxsiyyəti Vətən məhəbbətindən, dil sevgisindən yoğrulmuşdu. Təsadüfi deyildir ki, 200 ilə yaxın tarixin arxivində qalmış və heç bir dilçinin cəsarət etmədiyi Azərbaycan dilçiliyinin və ümumilikdə türkologiyanın şah əsəri – Mirzə Kazım bəyin “Türk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası) da məhz böyük ustad Tofiq Hacıyevin təşəbbüsü ilə gerçəkləşdi.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.